ömrünün oğlan çağında

bax ömrünün çiçəklənən çağında
ömrünün qış çağında (qoca yaşlarında, qocalana yaxın)
ömrünün sonuna qədər
OBASTAN VİKİ
Oğlan
Oğlan — erkək uşaq və ya yeniyetmə. Kişilik oğlanın bir buluğ mərhələyə yetməsidir. Müxtəlif sünnət əsaslı ictimalar bu mərhələyə keçmə üçün xüsusi mərasimlər qurarlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu buluğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Oğlan dostu
Oğlan dostu (ing. Boyfriend) ― Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan kişi cinsindən olan şəxs. Bu ifadə heteroseksual olan qadının münasibətdə olduğu kişi üçün istifadə olunduğu kimi, gey cütlüklər üçün də eyni mənanı daşıyır. Sözügedən ifadənin qadınlar üçün olan formasına isə qız dostu deyilir.
Qızıl oğlan
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Türkanalı oğlan
Türkanalı oğlan, Türkana uşağı və ya Nariokotome uşağı KNM-WT 15000 etiketli Erkən Pleystosen dövründə, təxminən 1.8 milyon il əvvəl yaşayan 11-13 yaşlarında bir uşağın fosilləridir. Skelet 1984-cü ildə Keniyanın Nariokotome şəhərindəki Turkana gölü yaxınlığında Richard Leakeyin rəhbərlik etdiyi qrupun üzvü Kamoya Kimeu tərəfindən aşkar edilmişdir. Turkana uşağı Homo erectus və ya Homo ergaster növlərinə aiddir. Pelvisin forması onun bir oğlan uşağı olduğunu göstərir. Antropoloqlar Tim White və Richard Leakey, mövcud dişlərin çənədəki çıxış vəziyyəti və Epifizeyin kəllə ilə birləşməməsinə əsaslanaraq uşağın təxminən 12 yaşında olduğunu söyləyirlər. Skeletin boyu təxminən 1,60 m-dir, ancaq yetkin olsaydı, 68 kq çəkidə və 1,85 m boyunda ola bilərdi. Skelet 108 sümükdən ibarətdir. Kəllə beyin tutumu təxminən 880 sm³ təşkil edir, ancaq yetkin olsaydı təxminən 910 sm³ ola bilərdi ki, bu da kəllə beyin tutumu 1350 sm³ olan müasir insanların kəllə ölçüsü aralığında olduğunu göstərir.
Şahzadə (oğlan)
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Şahzadə oğlan
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Oğlan evi
Film komediya janrındadır. Filmdə baş verən hadisələr 3 nəfər şəxsə aldadılaraq bir evin satılmasından bəhs edilir. Filmin qəhrəmanları onları aldadadaraq pullarını mənimsəyən şəxsi tapıb, onlardan pulu necə geri alacağına çarə axtarırlar. “Sovetski”də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhrəmanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər... Film öz illərinin aktual mövzusu olan, aldadılaraq bir neçə şəxsə evin satılmasından söhbət açır.
Gözəl oğlan
Gözəl oğlan (ing. Beautiful Boy) — Feliks Van Qruninqenin 2018-ci ildə ekranlara çıxan bioqrafik-dram filmi. == Süjet == "The New York Times" qəzetinin jurnalisti olan ata, narkomaniya ilə mübarizə aparan yeniyetmə oğluna yardım etməyə çalışır.
Chotky Oğlan
Oğlan mədəniyyəti
Oğlan mədəniyyəti (ing. Boy Culture) Amerika istehsalı olan bu film 2006-cı ildə nümayiş olunub. Film yazıçı Metyu Retenmundun eyni adlı əsəri əsasında hazırlanıb. Filmin premyerası 1 aprel 2006-cı ildə Böyük Britaniyada "London Lezbian və Qey Film Festifalında keçirilib, 26 apreldə isə Birləşmiş Ştatlarda "Tribeka Film Festifalında gösrərilib. Film Fransada 31 yanvar 2007-ci ildə, ABŞ-də 23 mart 2007-ci ildə və İspaniyada isə 8 iyun 2007-ci ildə nümayiş olunub. Filmin DVD buraxılışı isə 14 avqust 2007-ci ildə satışa çıxarılıb. == Məzmun == Film homoseksual oğlanlara müşahidəçilik edən çılğın bir gənc haqqındadır. Özüdə homoseksual olan bu oğlanın iki otaq yoldaşı və yaşlı bir müştərisi ilə olan intim münasıbətlərindən eləcədə, fərqli mədəniyyətlərdən və fərqli irqlərdən olan insanların yaşadığı problemlərdən bəhs edilir və bütün bunlarında hamısı məhz oğlanların ətrafında cərəyan edir. == Rollarda == == Film festivalları == Oğlan Mədəniyyəti filminin göstərilmiş olduğu festivallar. London Lezbian və Qey Film Festifalı — 1 aprel 2006 Tribeka Film Festivalı — 26 aprel 2006 Atlantika Film Festivalı — 15 sentyabr 2006 Verzaubert Queer Film Festivalı — 14 noyabr 2006 Paris Gay and Lesbian Film Festivalı — 19 noyabr 2006 Cleveland Beynəlxalq Film Festivalı — 16 mart 2007 Philly Film Festivalı — 6 aprel 2007 Mostra Internacional de Cinema Gay i Lèsbic de Barcelona — 7 iyun 2007 == Mükafatlar == == Film musiqisi == == Ev üçün buraxılış == Oğlan Mədəniyyəti filminin DVD diski 14 avqust 2007-ci ildə TLA Video tərəfindən satışa çıxarıldı.
Oğlan (film, 1984)
Film "Qarabağ bülbülləri" ansamblının üzvlərindən biri haqqında söhbət açır. Müəlliflər balaca oğlanın məlahətli səsi fonunda tamaşaçıları Azərbaycanın mənzərəli guşələrinə seyrə çıxarırlar.
Quzuçu Oğlan (Məlikan)
Quzuçu Oğlan (fars. قربان كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (93 ailə).
Qırmızı jiletli oğlan
"Qırmızı jiletli oğlan" — Pol Sezanın 1889 və ya 1890-cı ildə yaratdığı yaradıcılığının yetkinlik dövrünə aid əsəridir. Sürixdə Emil Byurle fondunun kolleksiyasında saxlanılır. Sezann bu italyan oğlanın qırmızı jiletdə dörd fərqli portretini çəkmiş, oğlan və mühit arasındakı əlaqələri araşdırmışdır. Portretlərin ən məşhuru, masa arxasında başını ovucuna söykəyərək melankolik pozada oturan uşağı təsvir edir. Emil Byurle fondunun kolleksiyası, rəsmin "diqqətlə düşünülmüş kompozisiya ilə birbaşa bədii hissiyat arasındakı mükəmməl tarazlığı" yüksək mənalılığını qeyd edir. 1895-ci ildə tənqidçi Qustav Jeffrua, əsəri köhnə ustaların ən yaxşı əsərlərinə bərabər adlandırmışdı . Rəsm zəngin, şən rənglərlə çəkilib. Kompozisiyanın üç əsas çarpazı var: oğlanın beli və başı boyu, arxasındakı tünd yaşıl pərdə boyu və sol aşağı küncdən qalxan stol və stulun xətti boyu. Bu diaqonallara kəsişən çarpazların möhkəm birləşmiş strukturunu yaradan oğlanın əl və ayaqlarının vəziyyəti qarşı qoyulub. Əsər 1895-ci ildə sənət alverçisi Ambruaz Vollar tərəfindən Sezandan alınmışdı.
Cənab yaxşı oğlan
Cənab yaxşı oğlan (ing. Mr.Nice Guy, 1997) — Honq Konqda çəkilmiş, Ceki Çanın da olduğu komediya, adrenalin janrda bir filmdir. == Məzmun == Televiziya aşpazı Ceki, bir televiziya aparıcısının, həyatının macərasında onu əyləndirən yerli narkotik mafiyasına qarşı mübarizədə kömək edir.
Oğlan evi 2
Oğlan Evi 2 tammetrajlı bədii film. Filmin rejissoru və həmmüəllifi İlham Qasımov. Kintamani film studiyasında quruluş verilib. Filmin I hissəsi 2015-ci ildə çəkilib. Filmin ssenaristləri İlham Qasımov, DJ Fateh ləqəbi ilə tanınan Məmmədəli Məmmədov və Tural Sevdimalıdır. Filmdə gənc videobloqçu Hüseyn Əzizoğlu rol alıb. Elcan Rəsulov, Nicat Rəhimov, Qurban Məsimov, Elşən Hacıbabayev, Oqtay Mehdiyev rol alıb. Film 1 dekabr 2016-cı ildə Nizami Kino Mərkəzində göstərilib. Kütləvi baxış sayına malik olan filmdir. Cənubi Azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir.
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Cavan oğlan portreti (Rafael)
Cavan oğlan portreti (it. Ritratto di giovane uomo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1513-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Cavan oğlan portreti əsəri hal-hazırda Polşada Krakov şəhərində Kzartoski muzeyində saxlanılır.
Görünməz oğlan (film, 2014)
Görünməz oğlan (it: Il ragazzo invisibile) — rejissor Qabriele Salvatoresin çəkdiyi 2014-cü ildə istehsal olunmuş fantastika-superqəhrəman filmidir. == Süjet xətti == Mişel Silenzi dul anası (yerli polis müfəttişi) ilə birlikdə yaşayan Triestdən olan utancaq on üç yaşlı uşaqdır. O, məktəbdə tez-tez diqqətdən kənarda qalır və məktəbin zorbaları tərəfindən müntəzəm olaraq incidilir. Arzularının hədəfi olan sinif yoldaşı Stella iştirak edəcəyi üçün o, dəbdəbəli paltar gecəsinə qatılmaq istəyir. Təəssüf ki, onun superqəhrəman kostyumu almaq üçün istifadə edəcəyi əlli avro əskinas zorbalar tərəfindən oğurlanır. Bunun əvəzinə o, mistik güclərə malik olan naməlum bir Çin superqəhrəmanına aid olduğu deyilən daha ucuz bir kostyumla kifayətlənməli olur. Zorbalar onu məclisdə utandıraraq Stellaya onu öz telefonunda gizli şəkildə çəkdiyini göstərirlər. Əsəbləşən Mişel bu kostyumun onu görünməz etməsini istəməzdən əvvəl gecənin içinə qaçır. Sonradan o, arzusunun reallaşdığını başa düşür. Əvvəlcə o, gücündən istifadə edərək məktəbdə ona qarşı haqsızlıqlar edən zorbaların payını verir, daha sonra isə paltardəyişmə otağında alt paltarında olan qadın sinif yoldaşlarına tamaşa edir.
Oğlan mədəniyyəti (film, 2006)
Oğlan mədəniyyəti (ing. Boy Culture) Amerika istehsalı olan bu film 2006-cı ildə nümayiş olunub. Film yazıçı Metyu Retenmundun eyni adlı əsəri əsasında hazırlanıb. Filmin premyerası 1 aprel 2006-cı ildə Böyük Britaniyada "London Lezbian və Qey Film Festifalında keçirilib, 26 apreldə isə Birləşmiş Ştatlarda "Tribeka Film Festifalında gösrərilib. Film Fransada 31 yanvar 2007-ci ildə, ABŞ-də 23 mart 2007-ci ildə və İspaniyada isə 8 iyun 2007-ci ildə nümayiş olunub. Filmin DVD buraxılışı isə 14 avqust 2007-ci ildə satışa çıxarılıb. Film homoseksual oğlanlara müşahidəçilik edən çılğın bir gənc haqqındadır. Özüdə homoseksual olan bu oğlanın iki otaq yoldaşı və yaşlı bir müştərisi ilə olan intim münasıbətlərindən eləcədə, fərqli mədəniyyətlərdən və fərqli irqlərdən olan insanların yaşadığı problemlərdən bəhs edilir və bütün bunlarında hamısı məhz oğlanların ətrafında cərəyan edir. Oğlan Mədəniyyəti filminin göstərilmiş olduğu festivallar. London Lezbian və Qey Film Festifalı — 1 aprel 2006 Tribeka Film Festivalı — 26 aprel 2006 Atlantika Film Festivalı — 15 sentyabr 2006 Verzaubert Queer Film Festivalı — 14 noyabr 2006 Paris Gay and Lesbian Film Festivalı — 19 noyabr 2006 Cleveland Beynəlxalq Film Festivalı — 16 mart 2007 Philly Film Festivalı — 6 aprel 2007 Mostra Internacional de Cinema Gay i Lèsbic de Barcelona — 7 iyun 2007 Oğlan Mədəniyyəti filminin DVD diski 14 avqust 2007-ci ildə TLA Video tərəfindən satışa çıxarıldı.
Oğlan mədəniyyəti (film musiqisi)
Oğlan Mədəniyyəti: Film Musiqisi 2007-ci ildə nümayiş olunan qey/dram/romans janrlı "Oğlan mədəniyyəti" filminin film soundtrektidir. Filmin bəstəkarı Riyan Beveric tərəfindən hazırlanmış film musiqiləri 2007-ci ildə yayımlanıb. 12 Disciples – Ryan Beveridge Champagne – Amanda Lepore Do U Damage – The Specimen Hey Kinky – Fuzz Townsend & Sophia Lolley Ride (Blend Mix Edit) – Colours featuring Elisa Burchett Don't Get Me Started – Daisy Spurs 3am – Wideband Network Diamonds Make You Happy – The Grand Royals featuring Jill Jones John and Andy Flashback – Ryan Beveridge Call Me X – Ryan Beveridge Last Chance for Love (Welcome Mix Edit) – Joi Cardwell Take Me Up (Eric Kupper Mix Radio Edit) – Barton Show Me Love (Sand In My Shoes Mix Edit) – Wideband Network Making the Grade – Neoverse & C-Dock Joey Flashback – Ryan Beveridge Gregory & Renaldo – Ryan Beveridge The Things I Need to Hear – Ari Gold What's Sexy?
Varşava gettosundakı yəhudi oğlan
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Ağ atlı oğlan (film)
Ağ atlı oğlan tammetrajlı bədii filmi rejissor Ənvər Əbluc tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi-vətənpərvərlik filmində Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Filmdə əsas rolları Abbasqulu Əbluc, Sədayə Mustafayeva, Orxan Nadirov, Yaşar Nuri, Ruslan Nəsirov, Dilarə Nəzərova, Səidə Səfərova, Xumar Əhədova, Laləzar Mustafayeva və Elxan Quliyev ifa edirlər. == Məzmun == Film hərbi-vətənpərvərlik mövzusundadır. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır. Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur.
Cimmi Neytron: Dahi oğlan
Cimmi Neytron: Dahi oğlan (ing. Jimmy Neutron: Boy Genius) — 2001-ci ildə "Nickelodeon Movies" şirkəti tərəfindən istehsal olunmuş animasiya filmi. Con A. Devisin rejissoru olduğu animasiyanı Debi Derriberri, Patrik Stüart, Martin Şort, Rob Paulsen ve Ceffri Qarsiya səsləndiriblər.
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə — Azərbaycan sənədli filmi. Film Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin həyatından, onun keçdiyi zəngin yaradıcılıq yolundan bəhs edir. Rəssamın ağır gəncliyi, tələbəlik illəri, habelə işlədiyi dövrdə qarşısına çıxan çətinliklər filmdə onun özü tərəfindən lakonik şəkildə təsvir olunur. Mənzərə, natürmort və portret ustası olan rəssamın əsərləri də filmdə özünə yer tutmuşdur. Onun haqqında danışan xalq rəssamları Fərhad Xəlilov və Mais Ağabəyov, eləcə də onun dostu, bəstəkar xalq artisti Arif Məlikov səmimi fikirlərini bölüşmüşlər. Rəssamın tamaşaçılarla bölüşdüyü xatirələrində onun Musiqili Komediya Teatrında işlədiyi dövr, Şıxəli Qurbanov, Şəmsi Bədəlbəyli, Niyazi haqqındakı söhbətləri maraqlı şəkildə təsvir olunmuşdur. Uzun illər dostluq etdiyi maestro Niyazi ilə münasibətləri haqqında danışdıqları bu dostluğun, maestronun, eləcə də rəssamın özünün xarakterinin bəzi maraqlı çalarlarını diqqətimizə çatdırır. Filmdə rəssamın ailə həyatından da kadrlar göstərilməklə onun həyat yoldaşının portretləri diqqəti cəlb edir. Gənc rəssamlara tövsiyələrini verən rəssam, filmin sonunda yaşadığı mənalı ömrə görə taleyinə minnətdar olduğunu bildirir.
Oğlan evi 2 (film, 2016)
Oğlan Evi 2 tammetrajlı bədii film. Filmin rejissoru və həmmüəllifi İlham Qasımov. Kintamani film studiyasında quruluş verilib. Filmin I hissəsi 2015-ci ildə çəkilib. Filmin ssenaristləri İlham Qasımov, DJ Fateh ləqəbi ilə tanınan Məmmədəli Məmmədov və Tural Sevdimalıdır. Filmdə gənc videobloqçu Hüseyn Əzizoğlu rol alıb. Elcan Rəsulov, Nicat Rəhimov, Qurban Məsimov, Elşən Hacıbabayev, Oqtay Mehdiyev rol alıb. Film 1 dekabr 2016-cı ildə Nizami Kino Mərkəzində göstərilib. Kütləvi baxış sayına malik olan filmdir. Cənubi Azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir.